Azərbaycanlı vəkil koronavirusdan vəfat etdi

Leyla Aliyeva 18/07/2020

Vəkillər Kollegiyasının üzvü Rəfiqə Seyidova koronavirusdan dünyasını dəyişib.

"Xəbərburo" "Qafqazinfo"ya əsasən xəbər verir ki, bu barədə kollegiyanın sədri Anar Bağırov feysbukda paylaşım edib. O qeyd edib ki, COViD-19-la mübarizədə dəyərli bir vəkil vaxtsız dünyasını dəyişib.

Qeyd edək ki, A. Bağırov bir müddət əvvəl iki vəkilin koronavirusa yoluxduğunu açıqlamışdı.