Azərbaycanlı tələbənin qatilinin tapılması üçün mükafat TƏYİN EDİLDİ

Nadir Hüseynov 15/06/2020

Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilmiş Azərbaycan vətəndaşının qatilinin tapılması üçün mükafat təyin edilib.


"Xeberburo" xəbər verir ki, Volqoqrad Dövlət Tibb Universitetində təhsil alan 17 yaşlı Azərbaycan vətəndaşı Timur Qavriilov qətlə yetirilib. Gəncin üzərində çoxsaylı bıçaq yaraları olan meyiti tapılıb. Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin "Qətl" maddəsi üzrə cinayət işi açılıb.


Cinayətin üstünün açılması üçün hüquq-mühafizə orqanlarında əməliyyat qərargahı yaradılıb. İstintaqın məlumatına görə, hadisə Timur Qavriilov yataqxanaya qayıdarkən baş verib. Hadisə yerində videokameralardan görüntülər götürülüb, mümkün şahidlər müəyyən edilir. Volqoqrad hakimiyyət orqanları qətlin açılmasında yardıma görə 1 milyon rubl məbləğində mükafat təyin ediblər.