Azərbaycanlı futbolçu Estoniyada qol vurdu, meydandan qovuldu

Leyla Aliyeva 28/06/2020

Azərbaycanlı futbolçu Nurlan Novruzov Estoniya Yüksək Liqasında qol vurub.

Oxu.Az xəbər verir ki, onun çıxış etdiyi “Narva-Trans” komandası IX turda “Levadiya”nı qəbul edib.

4:4 hesabı ilə yekunlaşan görüşdə N.Novruzov 16-cı dəqiqədə komandasının üçüncü qolunu rəqib qapısından keçirib.

Ancaq o, 39-cu dəqiqədə qırmızı vərəqə alaraq, meydandan qovulub.