Azərbaycanla Rusiya arasında uçuşların hansı tarixdə bərpa oluna biləcəyi araşdırıldı

Amalya Xalilova 08/06/2020

Rusiya aviaşirkətləri iyulun ortalarından etibarən beynəlxalq sərnişin reyslərini bərpa etmək imkanlarını araşdırırlar.


"XəbərBuro" bildirir ki, iyulun 15-dən etibarən beynəlxalq istiqamətlərə uçuşları bərpa etmək üçün bir neçə iri daşıyıcılar tərəfindən mexanizmlər hazırlanır.


İlk olaraq Avrasiya İqtisadi Birliyi və MDB ölkələri, o cümlədən, Azərbaycanla aviareyslər bərpa oluna bilər. Sonra digər ölkələr tərəfindən sərhədlər qarşılıqlı şəkildə açıldıqca, onlarla hava əlaqələri də bərpa ediləcək.