Azərbaycanda zəlzələ oldu

Esed Abasli 03/05/2020


Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub.

“XƏBƏRBURO”un məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən rayonunda hiss edilib. 

Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.

Yeraltı təkanlar Zaqatala və Qax rayonlarında da hiss olunub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.