Azərbaycanda virus mutasiya edir, martdakından ağırdır

Nadir Hüseynov 20/06/2020

Bu gecədən etibarən ölkənin 8 rayon və şəhərində ciddi karantin rejimi tətbiq ediləcəyindən bir çox şəxslər karantinsiz bölgələrə getməyə cəhd ediblər''. Bu açıqlama ilə Operativ Qərargahın bu gün keçirilən iclasında Baş dövlət yol polisi idarəsinin şöbə müdiri Kamran Əliyev çıxış edib. Konfransda koronavirusun Azərbaycanda da mutasiyaya uğradığı, gənclər və orta yaşlı şəxslərdə də ağır fəsadlara səbəb olduğu açıqlanıb. Mətbuat konfransında sms icazənin necə tətbiq ediləcəyinin detalları da elan edilib.


 "Xəbərburo" xəbər verir ki, Koronavirusun mutasiyası Azərbaycanda da xəstələrdə ağır fəsadlara səbəb olur. Bu barədə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən Mətbuat konfransında məlumat verib. O, artıqgənclərin də xəstəliyiağır keçirdiyini bildirib.


Yaqut Qarayeva bölgələrdə maskadan istifadənin çox aşağı səviyyədə olduğunu və bir çox rayonlarda sosial məsafəyə riayət edilmədiyini bildirib.