Azərbaycanda toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qaldı

Leyla Aliyeva 12/09/2020

"XəbərBuro" xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair qərarında bildirilib.

Qeyd edilib ki, sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilən ərazilərdə dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyətlər qüvvədə saxlanılıb.