Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi başa çatdı
Azərbaycanın iri rayon və şəhərlərində iki günlük tətbiq edilən xüsusi karantin rejimi başa çatdı.
"XəbərBuro" xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi bu gün saat 06:00-da bitib. Qeyd edək ki, iyunun 4-də Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib. Qərars əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.(xüsusi təyinatlı, qəza- bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən qurumların və təşkilatların xidməti avtomobilləri istisna olmaqla)
Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Həmim müddət ərzində sakinlər yaşayış yerlərini həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, yalnız təcili tibbi yardım vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə xidmətinin 102 xidməti-Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə biliblər.
Yaşayış yerini icazəsiz tərk edib, sərtləşdirilmiş karantin rejimini pozanlara qarşı isə müvafiq tədbirlər görülüb.