Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Mükafat İsazadə 30/07/2022

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 994 vaksin vurulub.

Bu barədə "XəbərBuro" a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 340, ikinci doza vaksinlərin sayı 164 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 241-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 249 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 816 323 təşkil edir.