Azərbaycanda müəllim onlayn dərs zamanı öldü

Esed Abasli 08/04/2021

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Soltan Səbzəliyev onlayn dərs zamanı vəfat edib.

"XəbərBüro" bildirir ki,bu barədə “Qafqazinfo”ya Universitetin mətbuat xidmətindən məlumat verilib. 62 yaşlı müəllimin qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

S. Səbzəliyev Mendeleyev adına Moskva Kimya Texnologiyaları Universitetini bitirib. 25 ildən artıqdır ki, AzMİU-da çalışıb. Universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasında baş müəllim kimi dərs deyib. 

S. Səbzəliyev doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub.