Azərbaycanda koronavirusla bağlı son vəziyyət.

Esed Abasli 27/04/2020


TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb.

"XƏBƏRBURO" xəbər verir ki, son sutka ərzində 4676 test aparılıb, onlardan 33-nün nəticəsi pozitiv çıxıb.

Qeyd edək ki, indiyədək ölkədə 128 807 test aparılıb. Ümumilikdə ölkədə 1678 nəfər Covid-19-a yoluxub. Onlardan 1162-si sağalıb, 22 nəfər isə dünyasını dəyişib. Hazırda aktiv xəstələrin sayı 494-dür. Onlardan 21-i renimasiyada müalicə olunur, 9-u isə süni tənəffüs cihazına qoşulub.