Azərbaycanda koronavirusla bağlı 95 mindən çox test aparılıb

Esed Abasli 19/04/2020

Azərbaycanda ötən müddət ərzində koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95.747 test aparılıb.

XƏBƏRBURO  AZXEBER.COM'a xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir.

Bu testlərdən 1398-nin nəticəsi pozitiv çıxıb. COVID-19-a yoluxan xəstələrdən 712-si sağalıb, 19-u isə vəfat edib.