Azərbaycanda koronavirusdan sağalanların sayı 22 mini keçdi

Leyla Aliyeva 25/07/2020

İndiyədək Azərbaycanda ümumilikdə 29 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb.

"Xəbərburo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Qeyd edək ki, bu gün koronavirus infeksiyasına 321 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.