Azərbaycanda koronavirusdan sağalanların sayı 14 mini keçib

Məmmədzadə Zərintac 10/07/2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 10-na olan statistik göstəriciləri açıqlayıb.

"Xəbərburo" xəbər verir ki, məlumata görə bu gün ölkədə 8605 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 343 nəfər reanimasiyada, 48 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 22 990 nəfər virusa yoluxub, 14 093 nəfər sağalıb.

Bildirilib ki, bu gün 7576 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 552 311 test aparılıb.

Vurğulayaq ki, bu gün Azərbaycanda daha 526 nəfər koronavirusa yoluxub, 502 nəfər sağalıb, 8 nəfər isə ölüb.