Azərbaycanda koronavirusdan ölən onkoloq və hamilə həkimlə bağlı RƏSMİ AÇIQLAMA
"ATU-nun Onkoloji Klinikasının həkimi, dosent Fikrət Namazovun və həkim İndira Səfərovanın COVID-19 virusuna klinikada yoluxduğu barədə yanlış informasiya yayılıb".
Bildirilib ki, iddialar tamamilə əsassızdır:
"Xəbərburo"xəbər verir ki, "Mərhum həkimimiz Fikrət Namazov doğmaları ilə birlikdə tədbirdə iştirak edib. Həmin tədbirdə iştirak edən bir neçə qonaqda koronavirus testi müsbət çıxıb və karantin nəzarətinə götürülüb.
Bir müddət sonra Fikrət Namazovda koronavirusun əlamətləri müşahidə edildiyindən həkim müayinə edilib və ATU-nun Tədris Terapevtik Klinikasına yerləşdirilib. Aparılmış bütün müalicə tədbirləri effektsiz olub və həmkarımızın həyatını qurtarmaq mümkün olmayıb".
Qeyd edilib ki, həkim İndira Səfərova isə hamiləliyinin 28-ci həftəsindən etibarən analıq məzuniyyətindədir və artıq iki aydan çoxdur ki, işə gəlmir