Azərbaycanda koronavirusa dair iyulun 9-na olan statistik göstəricilər

Məmmədzadə Zərintac 09/07/2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusa dair iyulun 9-na olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, məlumata görə bu gün ölkədə 8589 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 329 nəfər reanimasiyada, 59 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 22 464 nəfər virusa yoluxub, 13 591 nəfər sağalıb.

Bildirilib ki, bu gün 7505 test olunub. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 544 735 test aparılıb.

Vurğulayaq ki, bu gün Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb, 10 nəfər isə ölüb.