
Azərbaycanda koronavirusa 529 nəfər yoluxub və 7 nəfər ölüb
13/07/2020
Azərbaycanda COVID-19-a 529 yeni yoluxma var, 547 nəfər sağalıb
"Xəbərburo" xəbər verir ki, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat bildirib.
Qeyd olunub ki, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər dünyasını dəyişib.
Hazırkı dövrədək ölkəmizdə 24 570 nəfərin koronavirusa yoluxması müəyyənləşib, onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsinə dair 8 015 test aparılıb. Bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin sayı 576 249-a çatıb.
Related Articles











2022-02-12 12:37:17
Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb











2021-12-11 13:12:04
Dövlət orqanlarının bütün əməkdaşlarına fevralın 1-dək vaxt verildi - QƏRAR

