Azərbaycanda karantin qaydalarını pozan vəzifəli şəxslərin sayı bilindi

Esed Abasli 18/12/2020

 Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən vəzifəli şəxslərin sayı açıqlanıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Report-a bildirib ki, son 10 ayda 785 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.

Onun sözlərinə görə, bu rəqəm martın 14-dən dekabrın 14-dək olan dövrü əhatə edir. Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) tələblərini pozmaqda günahkar biliniblər.