Azərbaycanda işçilərə məzuniyyət məcburi olacaq

Esed Abasli 11/02/2022

Məcburi məzuniyyətlə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi təklif edilib.

Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib. Onun sözlərinə görə, hazırda məzuniyyətlə bağlı məcburilik yoxdur:

“Lakin bəzən bu haldan sui-istifadə halları olur. Məzuniyyətdən istifadə olunmalıdır ki, işin keyfiyyətinə mənfi təsir etmə halları olmasın.

Məzuniyyət də tərəflərin qarşılıqlı razılığı əsasında ya həmin il, ya da növbəti təqvim ilinə keçirilməsi kimi həll oluna bilər”.