Azərbaycanda futbolçu və məşqçilər maska taxmadığı üçün klub cərimələndi
Esed Abasli 06/04/2021
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
"XəbərBüro" AZXEBER.COM-a istinadən
həmin qərarları təqdim edir:
Premyer Liqanın XXI turunun "Səbail” – "Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur;
"Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
"Sabah” – "Qəbələ” oyununda "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
"Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
"Neftçi” – "Sumqayıt” oyununda "Neftçi” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
I Divizionun XIX turunun "Turan Tovuz” – "Qarabağ-2” oyununda "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
"Turan Tovuz” – "Qarabağ-2” oyununda meydança əsasnaməyə uyğun olaraq sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;
XIX turun "Sabah-2” – "Zaqatala” oyununda "Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
"Sabah-2” – "Zaqatala” oyununda oyun öncəsi stadion nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi və iclas gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;
"Sabah-2” klubunun 66 nömrəli futbolçusu Abdulla Xaybulaev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
"Zaqatala” klubunun ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunur;
XIX turun "Qaradağ” – "Keşlə-2” oyununda "Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.