Azərbaycanda faktiki hava açıqlanıb

Məmmədzadə Zərintac 11/07/2020

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

"Qafqazinfo"ya istinadən "Xəbərburo" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən gələn məlumata görə, iyulun 11-i saat 18:00-a olan məlumata əsasən Daşkəsən, Göygöl, Ceyrançöl, Tovuz, Qəbələ, Zaqatala, Qusar, Cəfərxan, Sarıbaş, Xınalıq,  Şahdağda yağış yağıb, Şəmkir, Balakən, Şəki, Şamaxı, Quba, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Qazıməmməd, Biləsuvar, Kişçay (Şəki), Lənkəran rayonlarında isə leysan xarakterli olub, şimşək çaxıb.