Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

Svetlana Mirzəyeva 18/07/2020

Azərbaycanda daha bir həkim COVID-19-dan dünyasını dəyişib.

"XəbərBuro" "Publika.az"-a istinadən  xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloqu Kərəm Yaqubov koronavirusdan vəfat edib.

Bu barədə K.Yaqubovun tanışlarının sosial şəbəkədə paylaşım ediblər. Bildiriblər ki, koronavirus xəstələrini müalicə edən həkim özü bir neçə gün əvvəl təhlükəli infeksiyaya yoluxub. İyulun 10-da onda COVID-19 əlamətləri aşkarlanıb. K.Yaqubov Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib və süni tənəffüs cihazına qoşulub. Vəziyyəti ağırlaşan həkim bu gün vəfat edib.