Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Svetlana Mirzəyeva 26/07/2020

Azərbaycanda daha bir həkim təhlükəli COVID-19 infeksiyasının qurbanı olub.

Bu barədə "XəbərBuro" "Report"-a istinadən xəbər verir.

Məlumata görə, Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi Zərifə Səfərova koronavirusdan vəfat edib. Z.Səfərovada bir neçə gün əvvəl koronavirusa yoluxma aşkarlanıb.

Qeyd edək ki, Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 30 nəfərə çatıb. Daha bir azərbaycanlı həkim də ölkədən kənarda COVID-19-un qurbanı olub.