Azərbaycanda daha 921 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb

Esed Abasli 19/12/2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 921 yeni yoluxma faktı qeydə alınıb, 1 382 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 610 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 586 666 nəfər müalicə olunaraq sağalıb, 8 199 nəfər vəfat edib, 15 453 aktiv xəstə sayı nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 676, bu günə qədər isə ümumilikdə isə 5 750 604 test aparılıb.