Azərbaycanda daha 65 nəfər koronovirusa yoluxub, 2 nəfər vəfat edib, 54 nəfər sağalıb

Esed Abasli 13/05/2020

Azərbaycan Respublikasında 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 54 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan "XəbərBuro"-ya məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1789 nəfər müalicə olunaraq sağalmış, 35 nəfər vəfat etmiş, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.