Azərbaycanda daha 478 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

Məmmədzadə Zərintac 22/06/2020

Azərbaycanda 478 yeni koronavirus yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə edilərək, sağalıb və evə buraxılıb.

 "Report"a  əsasən bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər ölüb.

Belə ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Bu gün 4 345 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyən olunması  ilə bağlı 426 min 394 test aparılıb.