Azərbaycanda bank sədri vəfat etdi
Leyla Aliyeva 29/06/2020
Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan dünyasını dəyişib.
“Xəbərburo”nun APA-ya istinadən verdiyi məlumata görə, onun ölümünün səbəbi koronavirus infeksiyası olub.
Qeyd edək ki, D. Tandoğan 1973-cü ildə Türkiyədə anadan olub.
2013-cü ildən ASB-nin İdarə cı Heyətinin üzvü və sədrin birinci müavinidir. 19 dekabr 2016-il tarixindən ASB-nin İdarə Heyətinin sədri təyin edilib.