
Azərbaycanda aktiv xəstə sayı 2 mini ötüb
29/08/2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda COVİD-19-a dair 29 avqust üçün statistikanı açıqlayıb.
"XəbərBuro" xəbər verir ki, hazırda ölkədə 2 069 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 140 nəfər reanimasiyada və 16 nəfər süni tənəffüs cihazındadır.
Ümumilikdə 36 174 nəfər virusa yoluxub, 33 576 nəfər sağalıb.
Bu gün 6 384 test olunub. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı ümumilikdə 910 890 test aparılıb.
Bu gün 188 pandemiyaya yoluxma faktı qeydə alınıb, 115 nəfər sağalıb və 2 nəfər ölüb.
Related Articles











2022-02-12 12:37:17
Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb











2021-12-11 13:12:04
Dövlət orqanlarının bütün əməkdaşlarına fevralın 1-dək vaxt verildi - QƏRAR

