Azərbaycan XİN: " Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirik "

28/07/2020

“Azərbaycan Ukraynanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir”.

“XəbərBuro"  xəbər verir ki, bununla bağlı şərhi Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb. 

Bu məsələdə Azərbaycan Üçtərəfli Təmas Qrupu tərəfindən 27 iyul 2020-ci ildə  əldə olunmuş sazişi nəzərə alır.