Azərbaycan və Rusiya Müdafiə nazirləri müavinləri görüşdü

Leyla Aliyeva 03/09/2020

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ölkədə işgüzar səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“XəbərBuro” xəbər verir ki, nazir müavini Azərbaycan-Rusiya əlaqələrinin qurulmasında hər iki ölkə prezidentlərinin böyük rol oynadıqlarını və bu əməkdaşlığın qarşılıqlı etimad əsasında inkişaf etdiyini vurğulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-leytenant K.Vəliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə ən ciddi təhlükə olaraq qalır. Bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinə nail olunması vacibdir.

Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini R.Tsalikov da öz növbəsində vurğulayıb ki, tarixi köklərə əsaslanan əlaqələri olan ölkələrimiz strateji tərəfdaşdırlar. Bu cür görüşlərin keçirilməsi də Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından mühüm rol oynayır.