“Azərbaycan son iki il ərzində ABŞ-dan 50-60 milyon dollar hərbi yardım alıb”

Togrul Quliyev 29/06/2020

Fletçer Hüquq və Diplomatiya Məktəbinin elmi işçisi, erməni politoloq Suren Sarkisyan Ermənistan ordusunda olan müşahidə cihazlarının Birləşmiş Ştatlardan alınmış olmasını istisna etməyib. XəbərBuro Ordu.az-a istinadən xəbər verir ki, Sarkisyan həmçinin əlavə edib ki, bu, nə hərbi əmlak, nə də Birləşmiş Ştatlar tərəfindən edilmiş yardım deyil. Erməni politoloqun sözlərinə görə, Azərbaycan son iki il ərzində ABŞ-dan 50-60 milyon dollar hərbi yardım alıb. “Onların Birləşmiş Ştatlardan aldıqları bütün mümkün silah növləri və hərbi, yaxud qeyri-hərbi əhəmiyyətə malik olan əmlak quru sərhədi boyunca yerləşdirilir”, - deyə Sarkisyan bildirib.