Azərbaycan səfirliyinin artıq pul xərclədiyi ortaya çıxıb

Esed Abasli 10/02/2022

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyində maliyyə pozuntuları aşkarlanıb.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aparılan nəzarət tədbiri ilə Səfirlikdə mövcud qaydalara zidd olaraq icarə haqqı və kommunal xidmətlər üçün vəsaitin faktiki dəyərindən artıq rəsmiləşdirilməsi və ödənilməsi, xidməti zərurət adı ilə hədiyyələrin təqdim edilməsinin müvafiq qaydada sənədləşdirilmədiyi aşkar edilib.