Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Prezidenti Həlimə Yaquba təbrik məktubu ünvanlayıb.
08/08/2020

Xeberburo "Qafqazinfo"ya istinadən xəbər verir. Məktubda deyilir:
“Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm”.