"Azərbaycan öz ərazisinin müdafiə haqqına malikdir"
29/09/2020

“Azərbaycan və Türkiyə eyni kədərə, eyni gələcəyə, eyni dəyərlərə sahib iki ölkədir”.
“XəbərBuro" xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik söyləyib.
“Azərbaycan ərazisini müdafiə etmək haqqına malikdir. Qarabağ bölgəsi Azərbaycan torpağıdır. Ermənistan orada işğalçıdır. Ermənistanın mülki obyektlərə hücum etməsi beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanı qınamalıdır”, - O, bildirib.