
Azərbaycan nefti bahalaşıb
16/09/2020

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 15-də 40,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel çoxdur.
"XəbərBuro" məlumat verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 38,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 39,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur.
Related Articles







Rusiyanın sanksiyaların hədəfinə çevrilməsi Azərbaycana nə vəd edir?




“Xankəndidə yaşayan erməniləri kommunal xidmətlərlə təmin etməliyik”







Minlərlə ton Rusiya məhsulunun Azərbaycana idxalına məhdudiyyət qoyuldu





