Azərbaycan nefti 77 dollardan satılır

Esed Abasli 09/12/2021

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“XəbərBüro xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,25 % artaraq 77,19 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.