Azərbaycan-Lüksemburq matçı başlayıb

Məmmədzadə Zərintac 05/09/2020

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə mübarizəyə start verib.

“XəbərBuro"  xəbər verir ki, millimiz Bakı Olimpiya Stadionunda Lüksemburq yığmasını qəbul edib.

Matçı İngiltərəli hakimlər briqadası idarə edir. Matçın baş hakimi Kris Kavanaqdır. Ona Daniel Riçard Kuk və Sian Massey kömək edirlər. Dördüncü hakim funksiyasını Pol Tirni icra edir.