Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin ilk iclası baş tutub

Məmmədzadə Zərintac 28/08/2020


 28 avqustda  təzə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin (AİH) İdarə Heyətinin ilk iclası olub.

"XəbərBuro" xəbər verir ki, Nazirlər Kabinetindən verilmiş məlumat əsasında, iclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanından və Müşahidə Şurasının qəbul etdiyi qərarlarla bağlı vəzifə və tapşırıqların icrası müzakirə edilib.

 Holdinqin fəaliyyətə başlamasına dair bir sıra təşkilati-inzibati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.