Azərbaycan hərbi təyyarələri Türkiyədə keçiriləcək "TurAz Şahini - 2021” təlimlərinə yola düşüb.
02/09/2021
“XəbərBüro” xəbər verir ki, təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi bu gün Türkiyəyə yola düşüb.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.