Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

Gülər Seymurqızı 13/08/2020

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb.

"XəbərBuro" "Report"a  istinadən xəbər verir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Müsabiqə avqustun 23-dən sentyabrın 5-dək keçiriləcək.