Azərbaycan güləşçisi dünya çempionu titulunu qazandı

Aynur 08/10/2021

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov final görüşündə çıxış edib.

“XəbərBüro”nun məlumatına görə, 82 kq çəki dərəcəsindəki idmançı türkiyəli Burhan Akbudakla qüvvəsini sınayıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı karyerasında ilk dəfə dünya çempionu olub.