Azarkeşlərlə qələbəni qeyd edən klub cəzalandırılıb
Məmmədzadə Zərintac 21/06/2020

Almaniya Futbol Liqası “Union Berlin” klubunu və iki futbolçusunu cəzalandırıb.
"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, bu haqda məlumat “Kicker” nəşri yayıb.
Klubun cəzalanmasına səbəb Bundesliqanın 32-ci turunda “Paderborn”a qalib gəldikdən (1:0) sonra komanda üzvlərinin qələbəni küçədə azarkeşlərlə qeyd etməsi olub.
“Union Berlin”in iki futbolçusu – Kristofer Trimmel və Şeraldo Bekker də cəza alıb. Hər ikisi koronavirus testindən keçəcək və nəticə mənfi olduqda, komandaya qoşulacaq.