AZAL sərnişinlərə müraciət etdi - Kimlər uçuşa buraxilmayacaq?

Esed Abasli 14/06/2020

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilən  reyslərin sərnişinləri aviabiletlərini dəyişə və ya ödədikləri məbləği geri ala bilər.AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabilet əldə edən, lakin karantin şəraitində uçuşların dayandırılması ilə əlaqədar həmin aviabiletdən istifadə edə bilməyən sərnişinlərə təkrar müraciət edib.

Qeyd edilən sərnişinlər ləğv edilən reyslərə aviabiletləri 7 iyul tarixindən yerinə yetiriləcək reyslər üçün yeni tarixlərə ödənişsiz dəyişə bilərlər.Reysin yerinə yetirilməsindən imtina edildiyi halda aviabiletin dəyəri həmin sərnişinlərə tam həcmdə geri qaytarılacaq.Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilən  reyslərə aviabiletlər üçün ödənilən  vəsaiti sərnişinlər Nizami küçəsi 126A ünvanında yerləşən aviaşirkətin xüsusi ofisinə müraciət edərək geri ala bilərlər. Xatırladırıq ki, iyunun 18-dən etibarən AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə reysləri bərpa edir. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək. Reyslərə yalnız Tibbi Ərazi Bömələrini İdarəetmə Birliyi tərəfindən akkreditə olunan  xüsusi laboratoriyalarda koronavirus testindən keçən, nəticəsi neqativ olan sərnişinlər buraxılacaq.