AZAL-dan bu 3 şəhərə səyahət etmək istəyənlərə müraciət

Leyla Aliyeva 25/08/2020

"Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət edib.

“XəbərBuro" xəbər verir ki, müraciətdə deyilir:

“Bu gündən etibarən çəkisi 10 kq-dan artıq olmayan daha bir ədəd baqajı ödənişsiz götürə və hava limanında qeydiyyat masasına təhvil verə bilərsiniz. Beləliklə, ekonom sinifdə səyahət edən sərnişinlər cəmi iki ədəd baqaj – 23 kq + 10 kq, biznes sinifdə səyahət edən sərnişinlər – üç ədəd baqaj: ikisi 32 kq + 10 kq, VIP klubun üzvləri isə dörd ədəd baqaj: üçü 32 kq + 10 kq götürə bilərlər. Bu qayda təyyarə salonunda sıxlığı minimuma endirmək və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etmək üçün əl yükünə aid olan əşyaların baqaja təhvil verilməsini nəzərdə tutur”.