Azad Əsgərovun karantin qaydalarını pozmasına dair məlumat yayılıb

Məmmədzadə Zərintac 11/08/2020

Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərovun karantin qaydalarını pozmas ilə bağlı  xəbər yayılıb.

"XəbərBuro" xəbər verir ki, qurum rəhbəri yayılan məlumatları təkzib edib.

"Bu xəbərlərin heç bir əsası yoxdur. Federasiyanın idman zalı martın 2-dən bağlanıb. Biz karantin rejiminin qaydalarına xüsusi olaraq riayət edirik. Hətta bununla bağlı çağırış edərək, #bizbirlikdəgüclüyük, #evdeqal şüarı altında sosial çarx da hazırlamışıq. Mənim rəhbər şəxs olaraq qaydalara necə əməl etməyə bilərəm?" -  A.Əsgərov söyləyib.