Avtomobillə 3 nəfəri vurmuş Elmin Quliyev həbs olunub

Məmmədzadə Zərintac 23/09/2020

 Moskva şəhərində üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyev həbs edilib.

"XəbərBuro" xəbər verir ki, Rusiya KİV-in məlumatı əsasında, yerli məhkəmə onun haqqında iki aylıq həbs qətimkan tədbiri seçib.

Quliyev məhkəmədə narkotik maddələr qəbul etdiyini və bunu kürəyindəki ağrılar səbəbindən istofadə etdiyini boynuna alıb.

Araşdırmalar zamanı o da məlum olub ki, Elmin Quliyev bu qəzaya qədər 49 dəfə yol hətəkət qaydalarını pozubmuş və dələduzluğa görə saxlanılıbmış.