Avtomobil yük maşınına çırpılıb
21/08/2020

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“XəbərBuro" xəbər verir ki, Qərb Mərkəzinin məlumatı əsasında, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.
Minik avtomobili yük maşınına çırpılıb. Yol qəzasında xəsarət alan bir nəfər Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakta dair araşdırmalar davam etdirilir.