
“Avtomobil yolunun çəkilməsi ilə bağlı Ermənistanla razılığa gəldik
14/12/2021

Prezident: "Ermənistandan keçməklə Naxçıvana avtomobil və dəmir yolu xəttinin tikintisi barədə razılığa gəlmişik"
“Hazırkı mərhələdə Ermənistan ərazisindən keçməklə Azərbaycanın digər ərazilərindən Naxçıvan Muxtar Respublikasına dəmir yolu xəttinin, eləcə də avtomagistralın tikintisi barədə razılığa gəlmişik”.
"XəbərBüro" bildirir ki,bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Lakin avtomobil yolunun marşrutu hələlik müəyyənləşdirilməyib. Bu, gələcək müzakirə mövzusudur. Biz bunu mütləq bu axşam Şarl Mişellə üçtərəfli görüşdə müzakirə edəcəyik”, - dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, bu gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
