Avtomobil piyadanı vuraraq öldürüb
03/08/2020

Ağcabədi rayonunda yol qəzası baş verib.
"XəbərBuro" xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Avqustun 2-i saat 23 radələrində Ağcabədi rayonunun Qayıdış qəsəbəsi ərazisində şəhər sakini Y.Məmmədzadə idarə etdiyi “VAZ-21114” markalı avtomobillə yolun kənarında dayanan Xocavənd rayon sakini Ömər Rüstəmovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Ağcabədi Rayon Polis Şöbəsi faktla bağlı araşdırmalar aparır.