Avstriyada prezidentin iqamətgahı boşaldıldı - Bomba xəbərdarlığı

Esed Abasli 29/04/2020

Avstriya polisi Vyanada yerləşən Hoaburq prezident sarayını təxliyyə edib.

“XƏBƏRBURO” xarici mediaya istinadən xəbər verir ki, buna səbəb prezidentin iqamətgahına bomba qoyulması haqda elektron məktub alınmasıdır.

Hadisə yerinə yollanan hüquq-mühafizə orqanlarının əməkdaşları xidmət itlərinin köməyi ilə sarayda partlayıcı qurğunu axtarırlar.